Sosial şəbəkədə biz:

İsa Qəmbər namizədliyini geri götürdü – FOTO

28 October 2015, 20:18
Gündəm
Müsavat Partiyasının sabiq başqanı qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina edib.
Modern.az saytının məlumatına görə İsa Qəmbər bildirib ki, 15  saylı Birinci Yasamal Seçki Dairəsindən deputatlığa namizədliyini geri götürür.
O bununla bağlı ərizə yazıb.
Qeyd edək ki, İsa Qəmbərin namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüşdü. Bu gün Müsavat Partiyası seçkidə iştirakdan imtina etdiyini açıqlayıb.