Sosial şəbəkədə biz:

Mədət Quliyev əmr verdi, general idarə rəisi oldu

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat baş tutub. Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini general-leytenant Mədət Quliyevin əmri ilə general-mayor Hafiz Musayev nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinə rəis təyin edilib. H.Musayev bu vəzifəyə qədər həmin idarənin rəis müavini olub. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev bununla bağlı dəqiq məlumatı günün sonunda verə biləcəyini deyib. Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunub/


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol