Nazirliyin daha bir yüksək vəzifəli şəxsi həbs olundu; Rabitə Nazirliyində yoxlamalar başladı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs olunub. Azinforum.az"Qafqazinfo”-ya istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyindən başlayan həbs dalğası artıq RYTN-nə keçib. Ötən gecə nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Hazırda Rabitə Nazirliyində yoxlamalar başlayıb. Vəzifəsindən azad olunanlar var.