Sosial şəbəkədə biz:

Nazirliyin aparat rəhbəri barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbs olunub. Məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb. Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir. B. Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bir müddət əvvəl V. Zeynalovun saxlanılması barədə məlumatlar yayılıb. RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var/apa/.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol