Sosial şəbəkədə biz:

NAZİR ƏLİ ABBASOV İŞ BAŞINDADIR - AÇIQLAMA

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması ilə bağlı mətbuatda məlumatlar yayılıb. KİV-lərin yaydığı xəbərə görə, prezident İlham Əliyevin sərəncam ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub. AzVision.az nazirliyin mətbuat xidmətilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməyə çalışıb. Nazirliyin mətbuat katibi Müşfiq Əmirov bildirib ki, yayılan məlumat doğru deyil: “Nazirlə indi danışdım. O hazırda iş başındadır. İşdən çıxarılması ilə bağlı yayılan xəbərlər yalandır”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol