Sosial şəbəkədə biz:

VİDADİ ZEYNALOVUN AZADLIQDA OLDUĞU BİLDİRİLİR - ZİDDİYYƏT

Bir neçə gün əvvəl istintaqa cəlb edilərək həbs edildiyi xəbəri yayılan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun azadlıqda olduğu bildirilir. Hətta dünən axşam ANS telekanalı saat  21.19-da bununla bağlı ötəri məlumat da verib.  Rabitə Nazirliyinə istinadən yayılan həmin xəbərdə bildirilib ki, Vidadi Zeynalov iş başındadır. Azinforum.az  xatırladır ki,  Vidadi Zeynalovun yaxın qohumları da saytımıza onun dünən bağ evində olduğunu söyləyiblər. Maraqlıdır ki, telekanalda efirə gedən həmin məlumat digər aparıcı KİV-lər tərəfindən tirajlanmayıb. Rabitə Nazirliyinin məhsul işçilərindən biri  isə, Azinforum.az-a gün ərzində bu mövzu ilə bağlı daha  dəqiq məlumat verəcəyini dedi. Mövzuya qayıdacayıq... AZİNFORUM.AZ vid  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol