Sosial şəbəkədə biz:

Gürcüstanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatır

25 June 2018, 21:33
Gündəm
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin fəaliyyət müddəti başa çatır. APA-nın məlumatına görə, bu barədə səfir Gürcüstan Respublikasının 100 illiyi ilə bağlı bu gün keçirilən qəbulda deyib. O, Azərbaycanda 8 ildir səfir kimi fəaliyyət göstərdiyini qeyd edib. Səfir Azərbaycanı ayın sonlarında tərk edəcək. Hələlik Azərbaycana yeni səfir təyin olunmayıb.