Sosial şəbəkədə biz:

Həbs xəbəri yayılan departament rəisi ilə bağlı yeni məlumat

Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub. "Azərsu'' ASC-dən Trend-ə bildiriblər ki, adı çəkilən şəxs qurumun işçisi deyil: "Anar Nəzərəliyev 4 il əvvəl "Azərsu'' ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb". Qeyd edək ki, yayılan məlumatlara görə, "Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsi 34-cü bölməsinin əməkdaşları həbs ediblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol