Sosial şəbəkədə biz:

Aviqdor Liberman Bakıya gəlib

srail nümayəndə heyəti mətbuat konfransı keçirəcək. İsrailin nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda parlament seçkilərini izləmək üçün bu gün günorta saatlarında Bakıya gəlib. Azinforum.az secki-2015.az-a istinadən xəbər verir ki, nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman başçılıq edir. Nümayəndə heyətinin tərkibinə İsrailin keçmiş xarici işlər naziri, “Naş dom - İzrail” partiyasının lideri, tanınmış siyasətçi A.Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir. Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti Azərbaycanda mətbuat konfransı keçirməyi planlaşdırır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol