Sosial şəbəkədə biz:

Masallı da həyəcan içindədir: 3 kəndi su basdı, 50 ailə təxliyyə olundu

Bir neçə gündür ki, cənub bölgəsinə yağan güclü yağışın fəsadları hələ də davam edir. "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gecə Masallının 3 kəndini su basıb. Təklə, Sığıncaq, Əhmədli kəndindən 50-yə yaxın ailə təxliyyə olunub. Köçürülən ailələr hələlik qonşu kəndlərdə yerləşdirilib. Belə ki, Təklə və Sığıncaq kənd sakinləri Çaxırlıya, Əhmədlidən zərər çəkənlər isə Təzə Alvadıya köçürülüb. Sakinlərin sözlərinə görə, güclü yağış hələ də davam edir. Qeyd edək ki, eyni proses Lənkəran və Cəlilabadda da baş verir. Lənkəranda 500 ailənin təxliyyə olunduğu deyilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol