Sosial şəbəkədə biz:

Ələnmə prosesi Vergilər Nazirliyinə çatdı - Yeni kadr dəyişiklikləri olub

Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri baş verib. Nazirlikdən verilən məlumata görə, Vergilər naziri Fazil Məmmədovun əmri ilə dəyişikliklər Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyini əhatə edib. Belə ki, Bakı Vergilər Departamentinin rəisi Habil Məmmədov vəzifəsindən azad edilərək Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi təyin edilib. Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov isə Bakı Vergilər Departamentinin rəisi təyin edilib. Vergilər nazirinin müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini təyin edilib. Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev isə Bakı Vergilər Departamenti rəisinin müavini təyin olunub. Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçirilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol