Hacıbala Abutalıbovdan şikayətçi olan sahibkar - "102"yə zəng etdi
Bakıda Hacıbala Abutalıbovun dükanlarını bağlatdırdığı kişi intihar edəcəyi barədə polisə məlumat verib. Musavat.com xəbər verir ki, Bakı sakini 1973-cü il təvəllüdlü Anar Məmmədli Daxili İşlər Nazirliyinin "102 qaynar xəttinə zəng edib. O, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona məxsus 2 ticarət köşkünün bağlandığını və buna etiraz olaraq ABŞ səfirliyi qarşısında özünü yandıracağını deyib. Sahibkarın şikayəti ilə bağlı araşdırma aparılır.