Sosial şəbəkədə biz:

85 SAYLI ŞAMAXI SEÇKİ DAİRƏSİNDƏ UNİKAL SAXTAKARLIQ - FAKTLAR

"85 saylı Şamaxı Seçki Dairəsinin 6-saylı məntəqəsində unikal formalı saxtakarlığa əl atıblar". Bu barədə məlumatı Azinforum.az-a həmin dairədə seçkiləri müşahidə edən jurnalist Raziyyə İmranqızı verib. Onun sözlərinə görə, Xasay Musayevin sədrlik etdiyi həmin məntəqəyə səsverməyə yaşı düşməyən məktəbli uşaqlar gətirilib və onların qutuya bülleten salmasına şərait yaradılır: "Onların əksəriyyəti şəkilsiz vəsiqələrlə səs verdilər". Azinforum.az  faktların təqdim edildiyi  DSK-nın  sədri Hüseyn Rəcəbovla əlaqə saxlayıb. DSK sədri saytımıza açıqlamasında bildirdi ki, həmin məntəqə kollecə yaxın olduğu üçün uşaqlar orda olub: "Onların qutuya bülleten atmağını kim görübsə, bu başqa məsələ". Azinforum.az olaraq bildiririk ki, təqdim olunan video və fotolordan görünür ki, həmin uşaqlar bayırda yox, məntəqənin içindədirlər. Bu gün bazara təsadüf etdiyi üçün məktəblilərin kütləvi şəkildə məktəbə niyə gəlmələri də şübhə doğurur. Yəqin ki, bu faktı əlaqədar qurumlar daha təfsilatı ilə araşdıracaqlar. Azinforum.az həmin qanunsuzluğa dair faktları təqdim edir. Çinarə SEYİDOVA s1 s2 s3 s4 s5 s6  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol