Həmid Herisçi polisə aparıldı-YAZIÇI HƏBS OLUNA BİLƏR
Deputatliğa namizəd İlhamiyyə Rza və onun həyat yoldaşı, həm də vəkili Həmid Herisçi 26-cı Polis Bölməsinə aparılıb. Bu barədə Facebookda İlhamə Novruzova məlumat yayıb.
Onun bildirdiyinə görə, tanınmış yazıçı Həmid Herisçinin həbs təhlükəsi yaranıb. Lakin xanım Novruzova bu saxlanmanın səbəbi barədə heç bir bilgi verməyib.