Sosial şəbəkədə biz:

Nənə yataqda səs verdi - Fotolar

Azərbaycanda ən yaşlı seçici, 126 yaşlı Gözəl Dadaşova parlament seçkilərində səs verib. “ Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, adı 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 24 saylı məntəqəsinin seçicilər siyahısında olan 1889-cu il təvəllüdlü Gözəl Dadaşovanın yaşadığı evə daşınan seçki qutusu gətirilib. Dünyanın ən yaşlı sakinlərindən biri olan Gözəl Dadaşova deyib ki, noyabrın 1-də saat 10:00 radələrində Ağdaş rayonunun Qulbəndə kəndində yerləşən seçki məntəqəsinin üzvləri daşınan qutunu onun yaşadığı evə gətirərək səsvermədə sərbəst şəkildə iştirakını təmin ediblər. Gözəl Dadaşova dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində də iştirak edib.   Nənə yataqda səs verdi -   Fotolar Nənə yataqda səs verdi -   Fotolar Nənə yataqda səs verdi -   Fotolar Nənə yataqda səs verdi -   Fotolar Nənə yataqda səs verdi -   Fotolar  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol