Sosial şəbəkədə biz:

Həmid Herisçi sərbəst buraxıldı

17 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd İlhamiyyə Rzayevanın vəkili və müşahidəçisi Həmid Herisçi polisə aparılıb. " Azinforum.az " xəbər verir ki, bu haqda namizədin seçki qərargahından musavat.com-a bildirilib. H.Herisçinin Yasamal Polis İdarəsinin 26-cı bölməsinə aparıldığı deyilir. Qərargahdan bildirildiyinə görə, onun saxlanılmasına səbəb seçki saxtakarlığını aşkar etməsi olub. Belə ki, əlil seçicilərdən birinin səs verməsi üçün evinə səyyar seçki qutusu aparılıb. Bu zaman məlum olub ki, bu seçici səs vermək üçün məntəqə seçki komissiyasına müraciət etməyib. Buna etirazını bildiridiyi üçün H.Herisçi polis nəzarətinə götürülüb. Xatırladaq ki, H.Herisçi İ.Rzayevanın həyat yoldaşıdır. *** İlhamiyyə Rza sosial şəbəkədə status paylaşaarq Həmid Herisçinin sərbəst buraxıldığını bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol