Sosial şəbəkədə biz:

Türkiyədə səsvermə prosesi başa çatıb

Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilər keçirilib. APA-nın xəbərinə görə, səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) başlayıb. Ali Seçki Şurasının statistikasına görə, ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər səsvermə hüququna malik şəxs var. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da (Bakı vaxtı ilə 17.00) başa çatmasını qərarlaşdırıb. Digər bölgələrdə proses saat 17.00-da (Bakı vaxtı ilə 18.00) başa çatıb. Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol