Sosial şəbəkədə biz:

ŞAGİRDLƏRİN SƏS VERDİYİ 85 SAYLI DSK-NIN 6 SAYLI MƏNTƏQƏSİNDƏ İŞIQLAR SÖNDÜRÜLÜB - FOTO

Bu gün mətbuatda qalmaqallı məntəqlərdən biri kimi adı hallanan 85 saylı Şamaxı Seçki Dairəsinin 6 saylı məntəqəsində hazırda işıqlar söndürülüb. Bu barədə məlumatı Azinforum.az-a həmin məntəqədə müşahidə aparan jurnalist Raziyə İmranqızı verib : "Seçki başa çatan kimi burada işıqları söndürdülər. Bu məntəqədə seçkidə iştirak etmək yaşı çatmayan məktəb uşaqlarının səs verməsinə dair məlumatları ictimailəşdirəndən sonra, rayonun bir sıra rəsmi şəxsləri tərəfindən sorğu-suala tutuldum. Hətta mənə bəzi şirnikləşdirici təkliflər də edildi. Ancaq mən bir müşahidəçi kimi işimi sona qədər vicdanla yerinə yetirəcəyimi dedim.  Maraqlansanız bilərsiniz ki, Şamaxının mərkəzində işıqlar nadir hallarda sönür. Bir neçə saatdır ki, burda işıq yoxdur. Tələblərimizə baxmayaraq DSK  məntəqəni generatorla da təmin etmək istəmir". Biz MSK-nın saytı vasitəsilə həmin məntəqədəki vəziyyəti canlı izləmək qərarına gəldik. Məntəqədə zülmət qaranlığın hakim olduğunu gördük. Qeyd edək ki, bu gün sözügedən məntəqədə məktəb yaşlı şagirdlərin  səs verməsinə dair KİV-lərdə video və foto materiallar yayılmışdı. Azinforum.az həmin məntəqədəki real vəziyyətin fotosunu təqdim edir.   menteqe sham


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol