Sosial şəbəkədə biz:

İQBAL AĞAZADƏYƏ MANDAT VERİLMƏDİ – Araz Əlizadə və Tahir Kərimli parlamentdə

Ümid Partiyasının sədri İqbal Ağazadə, gözlənildiyi kimi, bu dəfə parlamentə buraxılmayıb. AzPolitika.info-nun məlumatına görə, 35 saylı Xətai III Seçki Dairəsindən Araz Əlizadə qalib elan olunur. Rəsmi protokollara inansaq, A.Əlizadə səslərin 50 faizinə yaxınını alıb. Araz Əlizadə ilə yanaşı Vəhdət Partiyasının sədri Tahir Kərimli də parlamentə buraxılıb. Onun 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində səslərin 70 faizə yaxınını əldə etdiyi bildirilir. Maraqlıdır ki, bir müddət əvvəl Araz Əlizadə və Tahir Kərimlinin Ramiz Mehdiyevlə görüşdükləri haqda məlumat yayılmışdı. Bu səbəbdən onların deputat elan olunacaqları gözlənilirdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol