Daha bir mərkəz "exit-poll"un nəticələrini açıqladı
"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda parlament seçkilərində 10 seçki məntəqəsində keçirilmiş "exit-poll"un ilkin nəticələrini açıqlayıb.
Mərkəzin direktoru Rizvan Abbasov mətbuat konfransında deyib ki, monitorinq ümumilikdə 10 seçki məntəqəsində - Bakıda 6, Sumqayıtda 4 - aparılıb.
Qeyd edilən seçki məntəqələrində qaliblərin ilkin siyahısı aşağıdakı kimidir:
Bakı:
8 saylı seçki dairəsi – Azay Quliyev (65,4 faiz səs)
16 saylı seçki dairəsi – Aytən Mustafayeva (48,9)
20 saylı seçki dairəsi – Adil Əliyev (65,1)
27 saylı seçki dairəsi – Dilarə Cəbrayılova (59,9)
29 saylı seçki dairəsi – Şəmsəddin Hacıyev (63,2)
34 saylı seçki dairəsi – Fuad Muradov (62,5)
Sumqayıt:
41 saylı seçki dairəsi – Mirzəcan Xəlilov (58,1)
42 saylı seçki dairəsi – Tahir Mirkişili (55,7)
43 saylı seçki dairəsi – Muxtar Babayev (60,6)
44 saylı seçki dairəsi – Hacı Salayev (64,9)