Sosial şəbəkədə biz:

Milli Məclisin yeni deputatları - Siyahı

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də 5-ci çağırış Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb. Məzahir Pənahov mətbuat konfransında qeyd edib ki, seçkilər 5547 məntəqənin hər birində vaxtında – saat 08:00 başlayıb, saat 19:00-da isə başa çatıb: "Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur. Deyə bilərik ki, bütün məntəqələrdə səsvermə baş tutub". O bildirib ki, MSK-ya heç bir şikayət daxil olmayıb: "Qaynar xəttimizə təxminən 150 sorğu xarakterli müraciət daxil olub. Sonradan daxil olacaq müraciətlərə isə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq baxılacaq". M.Pənahov deyib ki, bəzi seçki dairələrində səslərin hesablanması hələ tam yekunlaşmayıb: "Həmin dairələr üzrə nəticələr məlum olan kimi dərhal məlumat veriləcək". İlkin nəticələr aşağıdakı kimidir: 1 saylı Şərur-Sədərək seçki dairəsi - Vasif Talıbov (YAP) – 89,4 faiz 2 saylı Şərur seçki dairəsi - İsa Həbibbəyli (YAP) – 80,5 faiz 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi – Səttar Mehbalıyev (bitərəf) - 82,9 faiz 4 saylı Naxçıvan şəhər seçki dairəsi - Eldar İbrahimov (YAP) – 83,6 faiz 5 saylı Şahbuz-Babək seçki dairəsi - Siyavuş Novruzov (YAP) – 80,3 faiz 6 saylı Culfa-Babək seçki dairəsi - Ülviyyə Həmzəyeva – 79,3 faiz 7 saylı Ordubad-Culfa seçki dairəsi - Qüdrət Həsənquliyev (BAXCP) – 79,6 faiz 8 saylı Binəqədi birinci seçki dairəsi - Azay Quliyev (bitərəf) – 62,9 faiz 9 saylı Binəqədi ikinci seçki dairəsi - Kəmaləddin Qafarov (YAP) – 68,9 faiz 10 saylı Binəqədi üçüncü seçki dairəsi - Madər Musayev (bitərəf) – 78,1 faiz 11 saylı Qaradağ seçki dairəsi - Aydın Hüseynov (YAP) – 74,4 faiz 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Mixail Zabelin (YAP) - 75,2 faiz 13 saylı Xəzər-Pirallahı seçki dairəsi - Rauf Əliyev (YAP) – 78,3 faiz 14 saylı Xəzər seçki dairəsi - Mehriban Əliyeva (YAP) – 96,7 faiz 15 saylı Yasamal birinci seçki dairəsi - Ülvi Quliyev (bitərəf) – 79,7 faiz 16 saylı Yasamal ikinci seçki dairəsi - Aytən Mustafayeva (bitərəf) – 51,5 faiz 17 saylı Yasamal üçüncü seçki dairəsi - Elşad Həsənov (bitərəf) – 82,1 faiz 18 saylı Nərimanov-Nizami seçki dairəsi - Rasim Musabəyov (bitərəf) – 55,8 faiz 19 saylı Nərimanov birinci seçki dairəsi - Hikmət Məmmədov (YAP) – 51,9 faiz 20 saylı Nərimanov ikinci seçki dairəsi - Adil Əliyev (bitərəf) – 65,6 faiz 21 saylı Nəsimi birinci seçki dairəsi - Məlahət İbrahimqızı (YAP) – 74,8 faiz 22 saylı Nəsimi ikinci seçki dairəsi - Asim Mollazadə (ADİP) – 57,1 faiz 23 saylı Nəsimi-Səbail seçki dairəsi - Ziyad Səmədzadə (bitərəf) – 74,7 faiz 24 saylı Nizami birinci seçki dairəsi - Rövnəq Abdullayev (YAP) – 78,2 faiz 25 saylı Nizami ikinci seçki dairəsi - Sədaqət Vəliyeva (YAP) – 68,2 faiz 26 saylı Sabunçu birinci seçki dairəsi - Fazil Mustafa (BQP) – 53,4 faiz 27 saylı Sabunçu ikinci seçki dairəsi - Dilarə Cəbrayılova (YAP) – 62,2 faiz 28 saylı Sabunçu üçüncü seçki dairəsi - Eldar Quliyev (bitərəf) – 56,8 faiz 29 saylı Səbail seçki dairəsi - Şəmsəddin Hacıyev (YAP) – 61,6 faiz 30 saylı Suraxanı birinci seçki dairəsi - Sevinc Fətəliyeva (YAP) – 71,5 faiz 31 saylı Suraxanı ikinci seçki dairəsi - Fərəc Quliyev (MDHP) – 38,6 faiz 32 saylı Suraxanı üçüncü seçki dairəsi - Ağacan Abiyev (YAP) – 73,6 faiz 33 saylı Xətai birinci seçki dairəsi - Hüseynbala Mirələmov (YAP) – 70,8 faiz 34 saylı Xətai ikinci seçki dairəsi - Fuad Muradov (bitərəf) – 66,2 faiz 35 saylı Xətai üçüncü seçki dairəsi - Araz Əlizadə (ASDP) - 44,7 faiz 36 saylı Xətai dördüncü seçki dairəsi - Səməd Seyidov (YAP) – 71,1 faiz 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi - Pərvin Kərimzadə (YAP) – 62,4 faiz 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi - Naqif Həmzəyev (YAP) – 64,8 faiz 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi - Xanlar Fətiyev (YAP) – 58,1 faiz 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi - Musa Quliyev (YAP) – 47,3 faiz 41 saylı Sumqayıt birinci seçki dairəsi - Mirzəcan Xəlilov (özü - YAP) – 66,2 faiz 42 saylı Sumqayıt ikinci seçki dairəsi - Tahir Mirkişili (YAP) – 68,4 faiz 43 saylı Sumqayıt üçüncü seçki dairəsi - Muxtar Babayev (YAP) – 70,3 faiz 44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Hacı Salayev (bitərəf) – 68,4 faiz 45 saylı Abşeron seçki dairəsi - Oqtay Əsədov (YAP) – 84,2 faiz 46 saylı Şirvan seçki dairəsi - Rafael Cəbrayılov (bitərəf) – 62,3 faiz 47 saylı Mingəçevir seçki dairəsi - Aydın Mirzəzadə (YAP) – 53,7 faiz 48 saylı Yevlax seçki dairəsi - İlham Məmmədov (YAP) – 68,2 faiz 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi - Əli Hüseynli (YAP) – 70,9 faiz 50 saylı Abşeron-Qobustan seçki dairəsi - Zeynəb Xanlarova (bitərəf) – 70,1 faiz 51 saylı Qusar seçki dairəsi - Azər Badamov (YAP) – 62,4 faiz 52 saylı Quba seçki dairəsi - Vahid Əhmədov (bitərəf) – 52,2 faiz 53 saylı Quba-Qusar seçki dairəsi - Yevda Abramov (YAP) – 62,1 faiz 54 saylı Şabran-Siyəzən seçki dairəsi - Tahir Süleymanov (YAP) - 71,2 faiz 55 saylı Xaçmaz şəhər seçki dairəsi - Eldəniz Səlimov (YAP) – 66,5 faiz 56 saylı Xaçmaz kənd seçki dairəsi - İlham Əliyev (YAP) – 68,8 faiz 57 saylı Kürdəmir seçki dairəsi - Müslüm Məmmədov (bitərəf) – 62,4 faiz 58 saylı Haciqabul-Kürdəmir seçki dairəsi - Rafael Hüseynov (VHP) – 59,9 faiz 59 saylı Salyan seçki dairəsi - Əliağa Hüseynov (bitərəf) – 73,2 faiz 60 saylı Salyan-Neftçala seçki dairəsi - Fəzail Ağamalı (AVP) – 70,4 faiz 61 saylı Neftçala seçki dairəsi - Arif Rəhimzadə (YAP) – 73,2 faiz 62 saylı Saatlı seçki dairəsi - Əflatun Amaşov (bitərəf) – 64,5 faiz 63 saylı Sabirabad birinci seçki dairəsi - Elçin Quliyev (YAP) – 75,8 faiz 64 saylı Sabirabad ikinci seçki dairəsi - Rüstəm Xəlilov (YAP) – 64,3 faiz 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi - Əhliman Əmiraslanov (YAP) – 71,4 faiz 66 saylı Biləsuvar seçki dairəsi - Xanhüseyn Kazımlı (ASRP) – 63,5 faiz 67 saylı Cəlilabad şəhər seçki dairəsi - Malik Həsənov (YAP) – 69,3 faiz 68 saylı Cəlilabad kənd seçki dairəsi - Mirkazım Kazımov (YAP) – 66,1 faiz 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – Fəzail İbrahimli (VHP) - 62,9 faiz 70 saylı Masallı şəhər seçki dairəsi - Nəriman Əliyev (YAP) – 63,1 faiz 71 saylı Masallı kənd seçki dairəsi - Elmira Axundova (bitərəf) – 60,4 faiz 72 saylı Yardımlı-Masallı seçki dairəsi - Musa Qasımlı (bitərəf) – 59,5 faiz 73 saylı Lənkəran şəhər seçki dairəsi - Rüfət Quliyev (bitərəf) – 65 faiz 74 saylı Lənkəran kənd seçki dairəsi - Hadı Rəcəbli (YAP) – 69,3 faiz 75 saylı Lənkəran-Masallı seçki dairəsi - Cavanşir Paşazadə (YAP) – 71,2 faiz 76 saylı Lənkəran-Astara seçki dairəsi - Ziyafət Əsgərov (YAP) – 72,2 faiz 77 saylı Astara seçki dairəsi - Rəşad Mahmudov (YAP) – 67,1 faiz 78 saylı Lerik seçki dairəsi - İqbal Məmmədov (YAP) – 67,1 faiz 79 saylı İmişli seçki dairəsi - Əsabil Qasımov (YAP) – 62,2 faiz 80 saylı İmişli-Beyləqan seçki dairəsi - Çingiz Qənizadə (bitərəf) – 62,7 faiz 81 saylı Beyləqan seçki dairəsi - Şahin İsmayılov (YAP) – 59,6 faiz 82 saylı Ağcabədi seçki dairəsi - Tahir Rzayev (YAP) – 63,3 faiz 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi - Aqil Abbasov (bitərəf) – 65,3 faiz 84 saylı Füzuli seçki dairəsi - Bahar Muradova (YAP) – 71,9 faiz 85 saylı Şamaxı seçki dairəsi - Elxan Süleymanov (bitərəf) – 65,9 faiz 86 saylı İsmayıllı seçki dairəsi - Novruzəli Aslanov (bitərəf) – 72,4 faiz 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi - Tahir Kərimli (Vəhdət Partiyası) – 66,3 faiz 88 saylı Göyçay seçki dairəsi - Sabir Hacıyev (VBP) – 57,7 faiz 89 saylı Göyçay-Ağdaş seçki dairəsi - Elman Nəsirov (YAP) – 61,5 faiz 90 saylı Ağdaş seçki dairəsi - Çingiz Əsədullayev (bitərəf) – 62,9 faiz 91 saylı Ucar seçki dairəsi - Vüsal Hüseynov (YAP) – 62,2 faiz 92 saylı Zərdab-Ucar seçki dairəsi - Jalə Əliyeva (bitərəf) – 51,2 faiz 93 saylı Bərdə şəhər seçki dairəsi - Gövhər Baxşəliyeva (bitərəf) – 71,9 faiz 94 saylı Bərdə kənd seçki dairəsi - Zahid Oruc (bitərəf) – 71,8 faiz 95 saylı Tərtər seçki dairəsi - Sahib Aliyev (bitərəf) – 65,6 faiz 96 saylı Goranboy-Naftalan seçki dairəsi - Mahir Aslanov (bitərəf) – 68,1 faiz 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi - Ağalar Vəliyev (YAP) – 68,7 faiz 98 saylı Şəmkir şəhər seçki dairəsi - Sahibə Qafarova (YAP) – 77,6 faiz 99 saylı Şəmkir kənd seçki dairəsi - Sona Əliyeva (YAP) – 72,8 faiz 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi - Kamran Bayramov (YAP) – 72,2 faiz 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi - Rövşən Rzayev (bitərəf) – 72,1 faiz 102 saylı Samux-Şəmkir seçki dairəsi - Valeh Ələsgərov (bitərəf) – 70,5 faiz 103 saylı Gədəbəy seçki dairəsi - Sevinc Hüseynova (YAP) – 72,9 faiz 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi - Rafiq Məmmədhəsənov (YAP) – 67,8 faiz 105 saylı Tovuz seçki dairəsi - Qənirə Paşayeva (bitərəf) – 62,6 faiz 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi - Ülviyyə Ağayeva (bitərəf) – 61,2 faiz 107 saylı Qazax seçki dairəsi - Kamran Nəbizadə (bitərəf) – 62,4 faiz 108 saylı Ağstafa seçki dairəsi - Nizami Cəfərov (YAP) – 72,4 faiz 109 saylı Balakən seçki dairəsi - Nəsib Məhəməliyev (YAP) – 69,5 faiz 110 saylı Zaqatala seçki dairəsi - Elşən Musayev (ADMP) – 52,5 faiz 111 saylı Zaqatala-Balakən seçki dairəsi - Kamilə Əliyeva (YAP) – 50,5 faiz 112 saylı Qax seçki dairəsi - Azər Kərimli (bitərəf) – 73,4 faiz 113 saylı Şəki şəhər seçki dairəsi - Yaqub Mahmudov (YAP) – 56,5 faiz 114 saylı Şəki kənd birinci seçki dairəsi - Əli Məsimli (bitərəf) – 51,2 faiz 115 saylı Şəki kənd ikinci seçki dairəsi - Cavanşir Feyziyev (bitərəf) – 58,4 faiz 116 saylı Qəbələ seçki dairəsi - Fəttah Heydərov (bitərəf) – 80,6 faiz 117 saylı Oğuz-Qəbələ seçki dairəsi - Aqiyə Naxçıvanlı (YAP) – 70,8 faiz 118 saylı Ağdam şəhər seçki dairəsi - Bəxtiyar Əliyev (bitərəf) - 68 faiz 119 saylı Ağdam kənd seçki dairəsi - Bəxtiyar Sadıqov (YAP) – 68,3 faiz 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi - Astan Şahverdiyev (YAP) – 65,2 faiz 121 saylı Laçın seçki dairəsi - Mahir Abbaszadə (YAP) - 75,2 faiz 122 saylı Xankəndi seçki dairəsi - Flora Qasımova (bitərəf) – 49,9 faiz 123 saylı Kəlbəcər seçki dairəsi - Cavid Qurbanov (YAP) – 84,9 faiz 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - Elman Məmmədov (YAP) – 58,9 faiz 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi - İmamverdi İsmayılov (YAP) – 62,5 faiz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol