Sosial şəbəkədə biz:

Nazirliyin daha bir vəzifəli şəxsi həbs edildi

02 November 2015, 11:09
Gündəm
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Etibarlı mənbədən Trend-ə verilən məlumatda bildirilir ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb.