Sosial şəbəkədə biz:

"Hakimiyyətdə kök salmış, daxilən kölə olan məxluqlar..." - İlyas İsmayılovdan məğlubiyyətinə kəskin cavab

  Məlum olduğu kimi, 106 saylı seçki dairəsindən Ağayeva Ülviyyə Cavanşir qızının deputatlığı elan olundu. Hər kəs isə bu dairədən Ədalət partiyasının sədri İlyas İsmayılovun seçiləcəyini gözləyirdi. Nəinki Azərbaycanın, hətta bir zamanlar ünü post-sovet məkanına tanış olan bir insanın öz doğulub boya-başa çatdığı bölgədə çox adamın yaxşı tanmadığı birinə uduzmağı həqiqətən də təəccüblü görünür. Bəs, görəsən, İlyas müəllimin özü bu "məğlubiyyət” barədə nə düşünür? İlyas İsmayılov partiyasının mətbuat katibliyinə açıqlamasında mübarizəsinin davam etdirəcəyini deyib: "Zəngin və keşməkeşli həyatımda çox şeyləri görmüşəm, fərqli durumlarda olmuşam, amma ləyaqət və şərəfimi hər zaman qorumuşam. İndi də faciəvi bir şey olmayıb. Əksinə Ədalət partiyasının fəaliyyət istiqamətləri çoxalıb. Mənim siyasi sərbəstliyim, dövlətimizin və cəmiyyətimizin qüsurları və inkişafı ilə bağlı düşüncələrimi açıq ifadə etməyim hakimiyyətdə kök salmış, daxilən kölə olan məxluqları daim narahat edib. Odur ki, Vətənimizdə haqqın, ədalətin, mənəvi dəyərlərin bərqərar olması istiqamətində mübarizəmi davam etdirəcəyəm”.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol