Sosial şəbəkədə biz:

Milli Məclisə 20 xanım deputat seçilib - SİYAHI

Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrinə əsasən, Milli Məclisə keçmiş deputatlarla yanaşı, yenilər də seçilib. İlkin nəticələrə görə, yeni tərkibdə qadınların sayı dəyişməyib. Bu dəfə də 20 xanım deputat parlamentdə təmsil olunacaq. Xatırladaq ki, 2010-cu ildə seçilən parlamentin tərkibində də xanım deputatların sayı eyni sayda olub. Qeyd edək ki, bu dəfə mandat qazanmayanlar Leyla Abdullayeva, Rəbiyyət Aslanova və Gülçöhrə Məmmədovadır. Gülər Əhmədova isə haqqında cinayət işi açıldığına görə mandatı ləğv edilmişdi. Növbəti 5 ildə Milli Məclisdə təmsil olunacaq qadın deputatların siyahısını təqdim edirik: 6 saylı Culfa–Babək seçki dairəsi -Ülviyyə Həmzəyeva 14 saylı Xəzər seçki dairəsi -Mehriban Əliyeva 16 saylı Yasamal ikinci seçki dairəsi -Aytən Mustafayeva 21 saylı Nəsimi birinci seçki dairəsi -Məlahət İbrahimqızı 25 saylı Nizami ikinci seçki dairəsi -Sədaqət Vəliyeva 27 saylı Sabunçu ikinci seçki dairəsi -Dilarə Cəbrayılova 30 saylı Suraxanı birinci seçki dairəsi -Sevinc Fətəliyeva 37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi -Pərvin Kərimzadə 50 saylı Abşeron-Qobustan seçki dairəsi -Zeynəb Xanlarova 71 saylı Masallı kənd seçki dairəsi -Elmira Axundova 84 saylı Füzuli seçki dairəsi -Bahar Muradova 92 saylı Zərdab-Ucar seçki dairəsi -Jalə Əliyeva 93 saylı Bərdə şəhər seçki dairəsi -Gövhər Baxşəliyeva 98 saylı Şəmkir şəhər seçki dairəsi -Sahibə Qafarova 99 saylı Şəmkir kənd seçki dairəsi -Sona Əliyeva 103 saylı Gədəbəy seçki dairəsi -Sevinc Hüseynova 105 saylı Tovuz seçki dairəsi -Qənirə Paşayeva 111 saylı Zaqatala-Balakən seçki dairəsi -Kamilə Əliyeva 117 saylı Oğuz-Qəbələ seçki dairəsi -Aqiyə Naxçıvanlı 122 saylı Xankəndi seçki dairəsi -Flora Qasımova


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol