Sosial şəbəkədə biz:

“Azərişıq” paytaxtın mühüm obyektini qaranlıqda qoydu

02 November 2015, 12:33
Gündəm
Səbail rayonu ərazisində yerləşən Teatr Xadimləri İttifaqına verilən elektrik enerjisi kəsilib. Publika.az-a daxil olan məlumata görə, elektrik enerjisi bu gün səhər saatlarından etibarən dayandırılıb. Bu barədə müvafiq quruma məlumat verilsə də, hələlik elektrik enerjisinin verilişi bərpa edilməyib. Qurumdan bildirilib ki, son vaxtlar bu, adi hala çevrilib. Onların sözlərinə görə, hər dəfə elektrikin kəsilməsi təmirlə əlaqələndirilir.