Sosial şəbəkədə biz:

3 erməni deputat seçildi

02 November 2015, 12:35
Gündəm
Türkiyə Böyük Millət Məclisinə noyabrın 1-də keçirilən təkrar seçkilərin nəticəsinə görə 3 erməni deputat parlamentə daxil olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstabulun 2-ci seçki dairəsində Cumhuriyyət Xalq Partiyasının üzvü Selin Doğan, eyni dairədə Ədalət və İnkişaf Partiyasının üzvü Markar Yesayan və İstanbul 3-cü seçki dairəsində Xalqların Demokratik Partiyasının üzvü Karo Paylan deputat olub. Ötən gün keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyası səslərin 49,4 faizini toplayaraq deputat yerlərinin əksəriyyətinə yiyələnib.