Sosial şəbəkədə biz:

Bakıda 77 nəfər günvurma şikayəti ilə xəstəxanaya müraciət edib

11 July 2018, 12:01
Gündəm
Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 77 nəfər günvurma şikayəti ilə müraciət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 31-ə ambulator yardım göstərilib, 46-sına isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. Müraciət edən 77 nəfərin 60-ı kişi, 17-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub. S.Əhmədova bildirib ki, bu il günvurmadan ölüm halı baş verməyib.