“Azərsu”nun su maşını qəzaya düşdü - Yaralı var
Ələt-Astara yolunun Lənkəranın Digah kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. “ Azinforum.az ” report-a istinadən xəbər verir ki, “Azərsu” ASC-yə məxsus “Ford”su maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü yaralanıb. Hadisə nəticəsində minik avtomobili sürüşərək yoldan çıxıb. Hər iki avtomaşına ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.