Sosial şəbəkədə biz:

Hadisə Murad Bozu Aynişana qısqandı – VİDEO

Aynişan Quliyeva “O səs Türkiyə”də Murad Bozu seçib. Publika.az xəbər verir ki, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan “O səs Türkiyə” musiqi yarışmasının seçim turuna qatılıb. O, Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını ifa edib. Aynişanın ifasına münsiflər kürsüsündə əyləşənlərin dördü də üzünü ona çevirməklə bəyəndiyini göstərib. Hətta münsiflərdən biri  - Murad Boz mahnını onunla birlikdə ifa edib. Həmkarının bu hərəkəti digər münsif Hadisəni əməlli-başlı qısqandırıb. O, bunu kameralara da söyləməkdən çəkinməyib.   “Dodaqlarına baxaraq mahnını səninlə birgə ifa etdi. Qısqandım, anam, qısqandım”.   Publika.az həmin videogörüntünü təqdim edir.    


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol