Sosial şəbəkədə biz:

Fransa universitetində kafedra açılışı- - Nizami Gəncəvi adına

Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində  ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub. "Qafqazinfo" xəbər verir ki, mərasimdə Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın şəhərləri ilə olan dostluq münasibətlərindən, o cümlədən rəhbərlik etdiyi ali məktəbin Gəncədəki universitetlərlə mövcud əlaqələrindən danışıb. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov dünya ədəbiyyatına, mədəniyyətinə, təhsilinə və elminə əvəzsiz töhfələr vermiş Nizami Gəncəvinin adını daşıyan kafedranın açılış mərasimində iştirak etməkdən məmnunluğunu bildirib. O, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler –Qanqloffa, Müluz şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə edib.

Fransa universitetində kafedra açılışı-  -  Nizami Gəncəvi adına Fransa universitetində kafedra açılışı-  -  Nizami Gəncəvi adına Fransa universitetində kafedra açılışı-  -  Nizami Gəncəvi adına  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol