Sosial şəbəkədə biz:

Baş Prokurorluqdan "MTN işi" ilə bağlı açıqlama

Baş Prokurorluq “MTN işi”nə görə həbs edilən şəxslərdən birinin intihar etməsi barədə yayılan məlumatlara münasibət bildirib. Azinforum.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, bu barədə bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir və qəti şəkildə təkzib olunur. Qeyd edək ki, “Azadlıq.info” saytı “MTN işi”nə görə həbs olunan zabitlərdən birinin intihar etməsi barədə məlumat yayıb. Məlumatda intihar edənin kimliyi haqqında məlumat verilmir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol