Sosial şəbəkədə biz:

Beynəlxalq Sığorta Şirkətində ciddi kadr dəyişikliyi aparıldı

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti"nin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib. APA-nın məlumatına görə, şirkətin Direktorlar Şurasının üzvü İlqar Hüseynov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onu Fərid Həşimov əvəz edib. Qeyd edək ki, F. Həşimov həm də Azərbaycan Beynəlxalq Bankının struktur bölmələrlə iş departamentinin direktoru vəzifəsini tutur. Bundan başqa, şirkətin Təftiş Komissiyasının tərkibi tamamilə yenilənib. Belə ki, komissiyanın sədri İradə Deystani vəzifəsi ilə vidalaşmalı olub. Bu vəzifə Elşən Quliyevə həvalə olunub. Təftiş Komissiyasının üzvləri Emin və Rüfət Rəcəbovlar işdən çıxarılanlar arasındadır. Onları müvafiq olaraq Qeysər Səfərəliyeva və Elxan Abbasov əvəzləyiblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol