Sosial şəbəkədə biz:

Daha bir Rusiya təyyarəsi qəzaya uğradı - 40 nəfərin öldüyü deyilir

Rusiyaya məxsus daha bir təyyarə qəzaya uğrayıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu ölkəyə məxsus An-12 yük təyyarəsi Cənubi Sudanda uçuşdan dərhal sonra qəzaya düşüb. İlkin məlumata görə, təyyarədə beş rusiyalı ekipaj üzvü və yeddi sərnişin olub. Sudan mətbuatı isə qəzada 40 nəfərin öldüyünü iddia edir. Qəzada həmçinin biri uşaq olmaqla, iki nəfərin sağ qaldığı bildirilir. Artıq sosial şəbəkədə qəzanın ilk fotosu da paylaşılıb. *** Cənubi Sudan prezidentinin nümayəndəsi yerli mətbuata açıqlamasında isə təyyarədə 20 nəfərin ola biləcəyini deyib. Daha bir Rusiya təyyarəsi qəzaya uğradı -  40 nəfərin öldüyü deyilir  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol