Sosial şəbəkədə biz:

“Bu il Məhərrəm ayı 29 gün olacaq” - QMİ-dən AÇIQLAMA

“Hicri Qəməri təqviminə görə bu il Məhərrəm ayı 29 gündür. Ona görə də noyabr ayının 12-də Məhərrəm ayı başa çatır, 13-dən etibarən Səfər ayı başlayır”. Bu haqda Modern.az saytına Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O qeyd edib ki, İmam Hüseyn (ə)-ın 40 mərasimi Aşura (Məhərrəmin 10-cu günü deməkdir) günündən başlayaraq hesablanır: “Bu baxımdan Aşura günü oktyabrın 24-ə təsadüf etmişdi. Həmin gündən başlayaraq 40 gün hesablanır və imamın 40-ı çıxan gün Ərbəin adlanır. Bunu Aşura günündən hesablayanda Məhərrəm ayının 10-cu gününə düşür. Aşura günü də qətl günü sayıldığından hesablama ilə İmamın 40-ı dekabrın 2-nə düşür”. Əhali arasında yaranan çaşqınlığa aydnlıq gərirən QMİ rəsmisi bildirib ki, İmamın 40-ı Aşura günündən hesablanır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol