Sosial şəbəkədə biz:

Koda düşən qaz sayğacını necə açmalı?

Hər bir abonent öz sayğacını öz smart kartı ilə aça biləcək. Azeriqaz İB-i koda düşən qaz sayğaclarını açılmasını abonentlərə yönəldib. Oxu.Az xəbər verir ki, yəni ki hər bir abonent öz sayğacını öz smart kartı ilə aça biləcək. Bunu necə etməli? 1. Smartkartınıza 1 azn pul yükləyirsiz. (Yüklədiyiniz 1azn xidmət haqqı deyil) 2. Sayğacın girişindəki krantı bağlayırsız 3. Kartı sayğaca daxil edirsiz. Ekranda sol tərəfdə “9” və “-----“ xətt olanda barmağınızı ilə “Göy” düyməni sıxırsız. Sonra ekrana “OP190” yazısı gələndə barmağınızı düymədən götürüsüz. Geriyə say başlayıb bitəndə sayğacın girişindəki krantı açıb qazdan istifadə edirsiz.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol