Sosial şəbəkədə biz:

Rauf Mirqədirovun məhkəməsi başladı

Jurnalist Rauf Mirqədirovun bu gün saat 15-ə təyin edilmiş məhkəməsi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə başlayıb.
"Yeni Müsavat" qəzetinin bu barədə Musavat.com-a xəbər verən əməkdaşı Cavanşir Abbaslının sözlərinə görə, məhkəməyə hakim Əlisultan Osmanov rəhbərlik edir.
Əməkdaşımızın dediyinə görə, məhkəmənin gedişini izləmək üçün məhkəmə binasının önünə ölkənin tanınmış siyasətçiləri - MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai fəallar toplaşıblar.
Proses açıq olsa da, məhkəməyə gələn iştirakçıların əksəriyyəti zala buraxılmayıb.
Mətbuat nümayəndələri də prosesə məhdud sayda buraxılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol