Mədət Quliyev MTN-də sərt qayda yaradıb: Generallar "şaqat" edir, uniforma geyinirlər...
Oktyabrın 17-də vəzifəsini itirən milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsi gün keçdikcə aktuallaşır. Bu barədə Mia.az-a daxil olan məlumata görə, sabiq nazirin azad olunmasından 3 gün sonra MTN-ə birinci müavin təyin edilən və hazırda nazirin səlahiyyətlərini icra edən general Mədət Quliyevin daxildə apardığı islahat və təftişlər sələfi Eldar Mahmudovun həbsinə zəmin yaradır. Mia.az-a verilən məlumatda o da bildirilir ki, Eldar Mahmudov hazırda evindədir. Hələlik onunla bağlı hər hansı bir əməliyyat-istintaq tədbirləri həyata keçirlməyib. Ancaq MTN-də baş verənlər onun gec-tez istintaqa cəlb edilməsinə məcburiyyət yaradacaq. Məlumatda o da bildirilir ki, Mədət Quliyev MTN-ə gəldiyi gündən iş rejimi də dəyişib: "Mədət Quliyev MTN-ə gəldiyi gün xidməti kabinetinə keçməyib. O, nazirliyin bütün vəzifəli şəxslərini uniformada həyətə düşərərək, "şaqat" etdirib. Üstəlik, onların qarşısında çox sərt çıxış edərək, hamısına xəbərdarlıq eləyib. Bundan əlavə, oktyabrın 20-dən MTN-nin vəzifəli şəxslərinin hamısına uniformalarını geyinmələri ilə bağlı göstəriş verib. İndi MTN-çilər əvvəlki kimi istədikləri geyimdə işə gələ bilmirlər...".