Sosial şəbəkədə biz:

Masallı şəhərində “yaşıl soyqırım” – Fotolar

Masallı şəhərində çoxillik, yaşlı ağacların amansız şəkildə məhvinə start verilib.  Azinforum.az-ın cenubnews.com-a istinadən verdiyi xəbərə görə, Rayon Polis Şöbəsinin qarşısından Olimpiya Kompleksinə qədər olan, magistral yolun kənarlarındakı ərazilərdə hazırda qızğın ağackəsmə işləri gedir. Xəbərdə bildirilir ki, sözügedən ərazində tikintilər davam etdikcə yaşıllıqlar da sürətlə azalır. Təbii ki, rayon rəhbərliyinin razılığı olmasaydı, belə “yaşıl soyqırım”ı həyata keçirmək, rayonda yeganə yaşıllıq yeri olan ərazidə ağacların kütləvi şəkildə məhv edilməsinə heç kim cürət eləməzdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol