Sosial şəbəkədə biz:

Azərbaycanda dəhşət: anasını öldürdü, meyitini...

06 November 2015, 12:47
Gündəm
Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib.   “Report”un xəbərinə görə, oğul anasını qətlə yetirərək yaşadığı evin həyətində basdırıb.   Belə ki, rayonun Aşağı Bucaq kənd sakini, 1982-ci il təvəllüdlü Musa Nəsirovun 63 yaşlı anası Ofeliya Abdullayevanı qətlə yetirərək həyətində basdırması barədə polisə məlumat daxil olub.   Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.   Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.