Sosial şəbəkədə biz:

Nazirlikdən xəbərdarlıq - Qar yağacaq

06 November 2015, 15:16
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava ilə bağlı xəbərdarlıq edib. "Qafqazinfo"ya daxil olan məlumata görə, noyabrın 07-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.