Sosial şəbəkədə biz:

Ramil Usubov Zərdabın yol polisi rəisini Fizuliyə göndərdi

06 November 2015, 16:00
Gündəm
Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Müşfiq Əmirov tutduğu vəzifədən azad edilərək Fizuli Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi təyin edilib. Onun yerinə hələlik təyinat yoxdur.