MTN-in daha üç əməkdaşı həbs olundu
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub. Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir. MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib. Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.