Sosial şəbəkədə biz:

MSK-da parlament seçkiləri ilə bağlı müraciətlərə baxılıb

Bu gün Məzahir Pənahovun sədrliyi ilə noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Ekspert qrupu üzvləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılaraq operativ şəkildə iclasa çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunub. Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol