Sosial şəbəkədə biz:

Həbs olunanlar Çovdarovun işçiləri imiş - Adlar

Xəbər verdiyimiz kimi, dünən Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub.
Virtualaz.az saytının məlumatına görə, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Sayt həbs olunanlardan birinin adını da açıqlamışdı. O, Mehman Abdullayevdir.
“Qafqazinfo” isə həbs olunan MTN-in digər iki əməkdaşının kimliyi ilə bağlı məlumat əldə edib. Həmin şəxslər Orxan Osmanov və Akif Əliyevdir. Onların hər ikisi Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Akif Əliyev sözügedən idarədə rəis, Orxan Osmanov isə onun köməkçisi olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Akif Çovdarovun da həbs xəbəri yayılmışdı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol