Sosial şəbəkədə biz:

Azərbaycanlı gənc tualetin pəncərəsindən atılıb polisin əlindən qaçdı

Quldurluqda təqsirləndirilən şəxs istintaq zamanı polisin əlindən qaça bilib. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs istintaqda bir neçə dəqiqəlik fasilə verilməsindən istifadə edərək ayaqyoluna gedib və tualetin pəncərəsindən atılaraq qaçıb. Lakin bir neçə dəqiqədən sonra küçədə tutularaq yenidən polis idarəsinə qaytarılıb. Hadisə Moskvada baş verib. Müstəntiqlərin əlindən qaçmağa çalışan şəxs Azərbaycan vətəndaşıdır. Polisin əlindən qaçmaq üçün unikal yol tapan və üçüncü mərtəbədən atılmağa risk edən 22 yaşlı gəncin adı açıqlanmır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol