Sosial şəbəkədə biz:

“Bandotdel” yeni əməliyyat keçirdi

07 November 2015, 15:16
Gündəm
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda şəhər sakini Xalid Abuzərova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd “BORS” markalı avtomat silah və 1 ədəd “F-1”qumbarası aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.