Sosial şəbəkədə biz:

24 yaşlı bu qadın 20 evdən oğurluq edib - Video

Yasamal rayonu 2-ci Alatava 108 saylı evdə yaşayan Ağayev Xalid Babacan oğlu 25.10.2015-ci ildə Bakı şəhər Yasamal RPİ-nin 29-cu PB-nə ərizə ilə müraciət edərək həmin gecə naməlum şəxslərin gecə gizli yolla yaşadığı evə daxil olmaqla evindən xeyli miqdarda pul və zinət əşyalarının oğurlandığını bildirib. “Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, 29-cu PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılmış və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən 1991-ci ildə Bakı şəhəri Lökbatan qəsəbəsində anadan olmuş, Musayeva İranə Məmməd qızı saxlanılaraq Yasamal RPİ-nin İŞ-nə təqdim edilib. Saxlanılan zaman onun üzərindən həmin evdən oğurladığı əşyalar aşkar edilərək götürülüb. İş üzrə müstəntiq Xəqani Cəfərov cinayətlə bağlı açıqlama verib: “Bundan sonra aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhəri Yasamal rayon ərazisində 20-ə yaxın evlərə qanunsuz daxil olmaqla vətəndaşlara məxsus əmlakı gizli yolla talayıb”. Fakta görə, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin şəxsin Bakı şəhər Yasamal rayon ərazisində və eləcə də digər rayonların ərazilərində başqa cinayətlərin törədib-törətməməsinin aydınlaşdırılması istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol