Sosial şəbəkədə biz:

MBNP: "Valyuta satışı ilə bağlı vəziyyət nəzarət altındadır"

10 August 2018, 16:11
Gündəm
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta satışı ilə bağlı vəziyyəti nəzarət altına götürüb. Bunu “Report”a açıqlamasında Palatanın sözçüsü Elşən Allahverdiyev deyib. “Banklarla valyuta almaq istəyənlər limitlə üzləşdikləri halda MBNP-yə müraciət edə bilərlər. Banklar kifayət qədər valyuta resurslarına malikdirlər və satışda heç bir problem yoxdur”, – deyə o, qeyd edib.