Sosial şəbəkədə biz:

Millət vəkili Sabunçu hadisələrindən danışdı...

"Azərbaycanda qanun qarşısında hamı bərabərdir" Azinforum.az bildirir ki, bunu YAP-dan olan millət vəkili Aydın Mirzəzadə dilə gətirib. Onun sözlərinə görə, kimliyindən, siyasi və ya dini baxışlarından asılı olmayaraq, qanuna hörmət etmək hamı üçün məcburidir. O, deyib ki, bu baxımdan, Sabunçuda baş verən hadisələr ilk növbədə bəzi qrupların qanun çərçivəsində hərəkət etmək istəməmələrindən irəli gəlib. "Hüquq-mühafizə orqanlarının da atdığı addımlar onların öz üzərinə düşən vəzifəni yerinə yerirməsi ilə bağlıdır. Yəni ümumən götürdükdə Azərbaycanda sabitlik, təhlükəsizlik, qanunun aliliyi ilk növbədə qanuna hörmətdən başlayır və buna əməl etmək də hər kəsin borcudur” - deyə, YAP funksioneri daha sonra sözlərinə əlavə edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol