Sosial şəbəkədə biz:

Son iki gündə 44 avara və dilənçi saxlanılıb

09 November 2015, 17:31
Gündəm
Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 44 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 7-də Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 33 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Noyabrın 8-də isə Nəsimi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlar barəsində müvafiq tədbir görülüb.